DÇ: Azərbaycan Rusiya ilə "sülh bağladı"
Qazaxıstanın paytaxtı Astana şəhərində şahmat üzrə komandalararası Dünya çempionatı davam edir. SportLine.az xəbər verir ki, növbəti gündə iştirakçı komandalar 6-cı tur çərçivəsində münasibətləri aydınlaşdırıb.
İlk 5 turdan sonra hesabına 1 qələbə yazan seçməmizin bu dəfəki rəqibi Rusiyadan olan şahmatçıları idi. Mübarizədə qalib müəyyənləşməyib.
11 mart 2019
Şahmat, Komandalararası Dünya çempionatı
6-cı tur
Rusiya - Azərbaycan - 2:2
Sergey Karyakin - Arkadi Naydiç - 0:1
Yan Nepomnyaşi - Rauf Məmmədov - 1:0
Aleksandr Qrişuk - Eltac Səfərli - 0,5:0,5
Vladislav Artyomov - Nicat Abbasov - 0,5:0,5
İsveç - ABŞ - 0,5:3,5
Hindistan - Qazaxıstan - 3,5:0,5
İran - İngiltərə - 1:3
Misir - Çin - 2:2
Turnir cədvəli:
1. Rusiya - 10
2. Hindistan - 9
3. İngiltərə - 9
4. ABŞ - 8
5. Çin - 6
6. İran - 5
7. Azərbaycan - 4
8. Qazaxıstan - 4
9. İsveç - 4
10. Misir - 1