DÇ: Azərbaycan seçməsi ilk qələbəsini qazandı
Qazaxıstanın paytaxtı Astana şəhərində şahmat üzrə komandalararası Dünya çempionatı davam edir. SportLine.az xəbər verir ki, növbəti gündə iştirakçı komandalar 5-ci tur çərçivəsində münasibətləri aydınlaşdırıb.
İlk 4 turda qələbə qazana bilməyən Azərbaycan şahmatçılarının bu dəfəki rəqibi ABŞ komandası olub. Tilsimi qıran zəka sahiblərimiz dueldən qalib ayrılıblar.
09 mart 2019
Şahmat, Komandalararası Dünya çempionatı
5-ci tur
Azərbaycan - ABŞ - 3:1
Arkadi Naydiç - Dariuş Sverç - 1:0
Rauf Məmmədov - Samuel Sevyan - 0,5:0,5
Qədir Hüseynov - Aleksandr Onişuk - 0,5:0,5
Nicat Abbasov - Aleksandr Lenderman - 1:0
Misir - İsveç - 1,5:2,5
Çin - İran - 2,5:1,5
İngiltərə - Hindistan - 2:2
Qazaxıstan - Rusiya - 1:3
Turnir cədvəli:
1. Rusiya - 9
2. Hindistan - 7
3. İngiltərə - 7
4. ABŞ - 6
5. İran - 5
6. Çin - 5
7. Qazaxıstan - 4
8. İsveç - 4
9. Azərbaycan - 3
10. Misir - 0