DÇ: Daha bir idmançımız mübarizəyə qoşulur

Daha bir taekvondoçumuz u gün Meksikanın Qvadalaxara şəhərində keçirilən dünya çempionatında mübarizəyə qatılacaq.

Sportline.az xəbər verir ki, 63 kq çəki dərəcəsində çıxış edən Sədri Həmidreza ilk görüşündə Özbəkistanı təmsil edən Niyaz Pulatovla üz-üzə gələcək.

Ötən gün 74 kq-da yarışan Eltac Qafarov təsnifat mərhələsində Çin Taypeyindən olan Çenqçi Veyə uduzub.

Qeyd edək ki, Azərbaycan dünya çempionatında ümumilikdə 8 taekvondoçu ilə təmsil olunur. Hələlik yalnız 68 kq-dakı Cavad Ağayev bürünc medal qazanıb.