De Brüyne də Ərəbistana yollanır
Daha bir ulduz Ərəbistan səmasında parlaya bilər.
Sportline.az xəbər verir ki, söhbət "Mançester Siti"nin futbolçusu Kevin De Brüynedən gedir.
Onun növbəti mövsümlərin birində Səudiyyə Ərəbistanı klublarından birinin formasını geyinməsi gözlənilir.
"Mançester Siti" ilə bir illik müqaviləm qalır. Ona görə də, gələcək haqqında düşünməliyəm. Bu yaşda hər şeyə açıq olmalısan. Səudiyyə Ərəbistanında iki il oynasam külli miqdarda pul qazana bilərəm. Bu, 15 illik karyeram ərzində qazandıqlarımdan çox ola bilər", - deyə belçikalı futbolçu "HLN"ə açıqlamasında açıq etiraf edib.