De Bruyne FİFA və UEFA-nı sıx oyun təqviminə görə tənqid edib

"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne gərgin futbol təqvimi haqda danışıb.

Sportline.az xəbər verir ki, belçikalı futbolçu Sky Sport-a verdiyi müsahibədə bu fikirləri səsləndirib.

"Düşünürəm ki, Klublararası Dünya Çempionatı bitdikdən sonra problemlər başlayacaq.Biz bilirik ki, Klublararası Dünya Çempionatının finalı ilə Premyer Liqanın ilk günü arasında cəmi 3 həftə vaxt var. Sizin növbəti 80 oyuna hazırlaşmaq üçün 3 həftə vaxtınız olur. Ola bilər ki, bu mövsüm hər şey yaxşı olsun, amma növbəti ildən problemlər yenə başlayacaq. İngiltərə və digər ölkələrin Futbol Assosiasiyası bu problemin həll yollarını tapmağa çalışırlar. Problem ondadır ki, UEFA və FİFA əlavə matçlar keçirir və biz bu məsələyə dair nəsə deyəndə heç bir həll yolu tapılmır. Onların vecinə deyil. Pul danışır".

Qeyd edək ki, De Bruyne bu mövsüm çıxdığı 4 rəsmi oyunda 1 qol vurub, 1 asist edib.