De Byazi Bakıdadır

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi bu gün Bakıya gəlib.

Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssis bu gün “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Qəbələ” yoxlama oyununu stadionda izləyəcək.

Canni De Byazi COVİD-19 testi verib və testin nəticəsinin neqativ olması barədə müvafiq sənəd mövcuddur.

Baş məşqçi oyunu sosial məsafənin qorunması qaydalarına riayət etməklə izləyəcək və heç kimlə ünsiyyətdə olmayacaq.