De Xea rekordu təkrarladı

“Mançester Yunayted”in qapıçısı David de Xea komandanın sabiq qolkiperi Peter Şmeyxelin rekordunu təkrarlayıb.

Sportline.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı futbolçu buna ötən gecə Premyer Liqanın 18-ci turunun təxirə salınmış görüşündə - “Brayton”la qarşılaşmada qapısını toxunulmaz saxlamaqla nail olub. Beləliklə, o, yerli çempionatda qol buraxmadığı görüşlərin sayını 128-ə çatdırıb. Bununla da De Xea 1991-1999-cu illərdə “qırmızı şeytanlar”da oynamış Şmeyxelin rekordunu təkrarlayıb. 

Qeyd edək ki, ötən gecə “Mançester Yunayted” “Brayton”a 2:0 hesabı ilə qalib gəlib.