De Xeya İngiltərəyə dönə bilər

"Mançester Yunayted"in sabiq qapıçısı David de Xeya yenidən İngiltərə Premyer Liqasında çıxış edə bilər.

Sportline.az The Sun nəşrinə istinadla xəbər verir ki, ispaniyalı qolkiperin "qırmızı şeytanlar"ın düşərgəsinə dönüşü gözlənilir.

Mançesterlilər onunla qısamüddətli müqavilə bağlamağa hazırlaşırlar.

Klub rəhbərliyi 32 yaşlı futbolçuya Afrika Kuboku yarışına qatılacaq Andre Onananın əvəzləyicisi kimi baxır.

Qeyd edək ki, bu yay "Mançester Yunayted"lə yolları ayrılan De Xeya hələ də azad agent statusu daşıyır.