De Xeya İngiltərəyə qayıdır

"Mançester Yunayted"in sabiq futbolçusu David De Xeya yenidən İngiltərə Premyer Liqasına qayıda bilər.

Sportline.az Daily Mail-ə istinadla xəbər verir ki, "Nyukasl" ispaniyalı qapıçının xidmətində maraqlıdır.

"Sağsağanlar" zədəli Nik Poupun əvəzləyicisi qismində məhz De Xeyanı görürlər.

Poupun çiynindəki zədəyə görə 5 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir. 

Qeyd edək ki, ispaniyalı qolkiper bu ilin iyununda "Mançester Yunayted"dən ayrılmışdı.

Hazırda Transfermarkt portalında onun transfer dəyəri 13 milyon avrodur.