De Yonq “Barselona”da qalmaq istəyir
“Barselona”nın niderlandlı futbolçusu Frenki De Yonq klubda qalmaq istədiyini açıqlayıb.
Sportline.az “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, De Yonq “Barselona” ilə yeni müqavilə imzalamaq istəyir.
27 yaşlı yarımmüdafiəçinin Kataloniya klubu ilə hazır ki müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, De Yonq cari mövsüm çıxış etdiyi 33 matçda 2 qol və 2 asistlə yadda qalıb.