Deko bu inglis ulduz oyunçunu “Barselona”ya gətirməkdə israrlıdır

“Barselona” rəhbərliyi İngiltərə millisinin və “Bavariya”nın hücumçusu Harri Keyni əsas “9 nömrə” transfer hədəfi kimi nəzərdən keçirməyə başlayıb.

Sportline az xəbər verir ki, Kataloniya klubu daxilində bu variant artıq ciddi şəkildə müzakirə olunur. 

Klubun idman direktoru Deko xüsusilə Harri Keynin İngiltərə millisindəki çıxışlarınıda bəyənib. O hesab edir ki, təcrübəli forvard fərqli sistemlərdə də yüksək səviyyədə çıxış etməyi bacarır.

Bu barədə "The Guardian" nəşri məlumat verib.

Deko Keynin “Barselona”nın hücum xəttində ideal lider ola biləcəyinə inanır və onun komandaya böyük təsir göstərəcəyini düşünür.

Bundan əlavə “Barselona” rəsmiləri futbolçunun nümayəndələri ilə müntəzəm əlaqə saxlayır. Klub mümkün transferin reallaşacağı təqdirdə tərəflərin “Bavariya” ilə danışıqlarda fəal rol oynamasını istəyir. 

Eyni zamanda, Harri Keynin də “Barselona”nın ciddi təklif göndərməsi halında bu keçidə açıq ola biləcəyi qeyd olunur. İngiltərə millisinin kapitanı Kataloniya nəhəngində çıxış etməyin onun futbol nüfuzunu daha da artıracağına inanır.

Qeyd edək ki, Harri Keynin “Bavariya” ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir, və o Münhen təmsilçisinin heyətində keçən mövsüm çıxdığı 56 matçda 64 qol 8 asistlə yadda qalıb. Son aylarda onun adı bir neçə dəfə “Barselona” ilə əlaqələndirilib.

Banner