Del Pyero: "Yuventus" haqda xoş söz demək çətindir"
"Yuventus"un sabiq futbolçusu Alessandro Del Pyero Turin təmsilçisinin Çempionlar Liqasının qrup mərhələsinin IV turunda "Makkabi"yə (Hayfa, İsrail) uduzduğu oyunu şərh edib.
Sportline.az xəbər verir ki, keçmiş kapitan 0:2 hesabıyla başa çatan görüşlə bağlı bunları deyib:
"Yuventus" haqda xoş söz demək çətindir. Rəqib sürətli başladı və erkən qol vurdu. İlk hissədə "Yuventus" nəsə etmədi, kifayət qədər aqressiv olmadılar və bütün duelləri uduzdular. Fasilədən sonra qol vurmağa çalışsalar da, alınmadı. Komandanın psixoloji və fiziki problemləri var. Bunları həll etmək asan deyil".