Dembele karyerasını başa vurdu

Belçika millisinin və “Tottenhem”in sabiq futbolçusu Musa Dembele karyerasını başa vurub. 

Sportline.az xəbər verir ki, bu barədə “Het Laatste Nieuws” məlumat yayıb. 34 yaşlı yarımmüdafiəçi Antverpen şəhərində məskunlaşaraq ailəsi ilə daha çox vaxt keçirmək qərarına gəlib.
 
Dembelenin son klubu “Quançjou Siti” (Çin) olub. O, 2019-2021-ci illərdə bu komandada oynayıb. Həmçinin Musa karyerası ərzində AZ, “Fulhem”, “Tottenhem” klublarda da çıxış edib. 

Qeyd edək ki, M.Dembele Belçika millisində 83 oyun keçirib.