Dembele "Yuventus"a keçir?

"Barselona"nın futbolçusu Usman Dembele klubunu dəyişməyə hazırlaşır.

Sportline.az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçi "Yuventus"la razılaşıb. Tərəflərin yaxında rəsmi müqavilə imzalayacağı bildirilib. 

Dembele 2017-ci ildən "Barselona"da çıxış edir. O, bu mövsüm La Liqada 5 matçda meydana çıxıb,  2 qol ötürməsi verib. Dembelenin "Barselona" ilə hazırkı müqaviləsi mövsümün sonunda başa çatır.