Dembelenin ən sevimli məşqçisi

"Barselona"nın hücumçusu Usman Dembele ən sevdiyi məşqçinin kim olduğunu açıqlayıb.

Sportline.az "BeIN"ə istinadən xəbər verir ki, fransalı oyunçu "Çelsi"nin çalışdırıcısı Tomas Tuheli fərqləndirib: “Tuhel mənim sevimli məşqçimdir. Onun rəhbərliyi altında ön mövqeyə keçənə qədər daha çox sağ tərəfdə oynadım. Klubda qalsaydı, "Borussiya"dan ayrılmaqdan imtina edərdim".

Qeyd edək ki, 23 yaşlı oyunçu 2017-ci ilin avqustundan "Barselona"da çıxış edir. Dembele "Borussiya"da alman mütəxəssisin rəhbərliyi altında çalışıb.