Demyanenko: Olimpiadaya gələn hər bir idmançı qızıl medal arzulayır
“Çox gərgin yürüş oldu. Rəqiblərim güclü idmançılar idi”. SportLine.az xəbər verir ki, bu sözləri Rio-2016 Yay Olimpiya Oyunlarında gümüş mükafat qazanan kanoeçimiz Valentin Demyanenko deyib.
Əsas məqsədinin qızıl medal əldə etmək olduğunu bildirən idmançımız, “Olimpiadaya gələn hər bir idmançı qızıl medal arzulayır. Hər bir idmançı öz qüvvəsinə güvənir. Buraya hər ölkədən ən güclü idmançılar toplaşıb. Əlbəttə, kimin nəyə qadir olduğunu mübarizə isbatlayır. Qızıl medal qazana bilməsəm də, təəssüflənməyə dəyməz. Yarışa yüz faiz hazır idim. Gümüş kimin üçünsə əla nəticə sayıla bilər, amma mənim üçün belə deyil. Növbəti Olimpiadada artıq 200 metr məsafəyə mübarizə olmayacaq. Ya digər məsafələr üçün hazırlaşmalıyam, ya da ki karyeramı bitirməli olacağam”, - deyə qeyd edib.
Səmayə Məmmədova
GİN-in mətbuat katibi