Dəniz Yılmaz fərqləndi, "Bursaspor" 1 xal qazandı
Türkiyə Super Liqasında 24-cü turun görüşləri davam edir.
SportLine.az xəbər verir ki, Azərbaycan millisinin üzvü - Dəniz Yılmazın şərəfini qoruduğu "Bursaspor" bu tur "Osmanlıspor"la qarşılaşıb.
D.Yılmaz start heyətində meydanda daxil olub və 90-cı dəqiqədə əvəzlənib. Hücumçu 40-cı dəqiqədə penaltidən fərqlənib.
Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, "Bursaspor" 24 turdan sonra 32 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.