Dəniz Yılmaz göndərilir
Azərbaycan millisinin üzvü Dəniz Yılmazın "Bursaspor"dakı taleyinə aydınlıq gəlib.
SportLine.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçu yanvar ayında komandadan göndəriləcək. Baş məşqçi Pol Le Quenlə münasibətləri qaydasında olmayan hücumçu ilə yanaşı, daha bir neçə futbolçunun göndəriləcəyi bildirilir.
Azərbaycan millisində oynamaqdan imtina edən Ozancan Kökçünün isə Hollandiya klublarından birinə icarəyə veriləcəyi gözlənilir.