Dəniz Yılmaz paytaxt klubu ilə müqavilə bağladı

Milli komandamızın üzvü Dəniz Yılmazın "Gənclərbirliyi"nə keçidi nəhayət ki, rəsmiləşib.

Sportline.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı hücumçu Ankara təmsilçisi ilə il yarımlıq müqaviləyə imza atıb.

Xatırladaq ki, Yılmaz 2016-cı ildə "Trabzonspor"dan "Bursaspor"a keçsə də işləri qaydasında deyildi. Həm klub rəhbərliyi, həm də azarkeşlərlə problem yaşayan futbolçu çıxış yolunu komandanı tərk etməkdə görüb. Vaxtilə Bavariyanın da formasını geyinən forvard Azərbaycan millisində keçirdiyi 2 oyunda rəqib qapısına yol tapa bilməyib.