Deşam Ronaldudan çəkinir
Avropa çempionatının 1/4 final mərhələsində Fransa - Portuqaliya matçı böyük maraqla gözlənilir.
Sportline.az xəbər verir ki, Fransa millisinin baş məşqçisi Didye Deşam oyunla bağlı fikirlərini bölüşüb.
"Portuqaliya müdafiə olunmağı yox, hücum etməyi sevən komandadır. Niderlandla Belçika kifayət qədər ehtiyyatlı oynadılar. Portuqaliya da belə oynayacaqmı? Bilmirəm. Roberto Martninesin oyun üslubuna bələdəm. Daha çox topa nəzarət etməyə çalışacağıq", - deyə Deşam "RMC Sport"a açıqlamasında bildirib.
O, həmçinin Ronaldu haqqında da düşüncələrini bölüşüb: "O, həmişə təhlükəli futbolçu olub. Vəziyyəti düzgün qiymətləndirməyi, qol vurmağı bacarıb. İndi də ciddi rəqibdir".
Qeyd edək ki, Portuqaliya - Fransa matçı sabah Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.