Di Marko qitə nəhənglərinin hədəfində

"İnter"in futbolçusu Federiko Di Marko komandanı tərk edə bilər.

Sportline.az The İndependent nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçi "Mançester Yunayted" və "Real"ın hədəfindədir.

Hər iki klubun bununla bağlı milanlılara müraciət etdiyi bildirilir.

Xüsusilə "Mançester Yunayted"in İtaliya millisinin üzvü ilə ciddi maraqlandığı deyilir.