Dibala "Dumanlı Albion" yolunda
"Roma"nın hücumçusu Paulo Dibala karyerasını İngiltərədə davam etdirə bilər.
Sportline.az "Sport Witness"ə istinadla xəbər verir ki, argentinalı futbolçu qış tranfer pəncərəsində "Çelsi"nin formasını geyinməyə yaxındır.
Onun romalılarla müqaviləsinin şərtlərinə görə, yanvarın 15-dək bu istəyi reallaşdırmaq istəyən klub qarşı tərəfə 12 milyon avro ödəməlidir.
30 yaşlı forvardla vidalaşmaq niyyətində olmayan "Roma"nın ona yeni müqavilə təklif etdiyi deyilir.
Bu mövsüm 17 oyuna çıxan Dibala rəqib qapılarına 6 dəfə yol tapıb.