Dibala İtaliyanı İspaniyaya dəyişir

Yayda "Yuventus"la müqaviləsi başa çatacaq Paulo Dibala İtaliyanı tərk etməyə qərar verib. 

Sportline.az "Sport"a istinadən xəbər verir ki, azad agent bazarına xüsusi maraq göstərən "Barselona" argentinalı hücumçu sıralarına cəlb etmək üçün hərəkətə başlayıb. 

Dibalaya İngiltərə Premyer Liqasından, konkret, "Tottenhem"dən də təklif var.

Amma, mənbənin məlumatına görə, o, İspaniya La Liqasında oynamaq istəyir.

Banner