Dibala "Yuventus"u məhkəməyə verəcək

Paulo Dibala "Yuventus"u məhkəməyə verməyə hazırlaşır.

Sportline.az "La Repubblica"ya istinadla xəbər verir ki, argentinalı futbolçunun vəkili Luka Ferrari Turin klubundan müqavilənin uzadılması ilə bağlı danışıqların dayandırılmasına görə kompensasiya tələb edəcək. 

Hüquqşünas bildirib ki, 2021-ci ildə başlanılan danışıqlar klub tərəfindən gözlənilmədən dayandırılıb.

Qeyd edək ki, kompensasiyanın maksimum məbləği 54 milyon avrodur. 

Banner