Didye Deşam: “Mbappedən başqa itkilərimiz də var”

Fransa millisi sabah DÇ-2026-nın seçmə mərhələsində Azərbaycanla matçda qələbə qazanmaq üçün əlindən gələni edəcək.

Sportline.az xəbər verir ki, bunu Fransa yığmasının baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsində sabah Azərbaycanla keçirəcəkləri matçdan öncə mətbuat konfransında deyib.

O, bir neçə futbolçunun xidmətindən yararlana bilməyəcəklərini deyib:

"Artıq DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanmışıq. Killian Mbappedən başqa itkilərimiz də var. Buna baxmayaraq sabah Fransa millisi olaraq əlimizdən gələni edəcəyik. Çünki məqsədimiz bütün oyunlarda qələbə qazanmaqdır".

Mütəxəssis Mbappenin durumu haqqında da danışıb:

"Kilianın topuğunda problemlər var. Ona "Real" klubunun tibbi personalı nəzarət edəcək. Buna baxmayaraq sabahkı matçda heç bir riskə getməyəcəyəm. Çünki qələbə qazanmaq istəyirik".

Qeyd edək ki, Azərbaycan – Fransa qarşılaşması noyabrın 16-da, Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:00-da start götürəcək.