Dieqo Qodin "İnter"lə 3 illik müqavilə imzaladı

Mövsümün sonunda "Atletiko"dan ayrılan Dieqo Qodinin "İnter"ə keçidi rəsmiləşib.

Sportline.az xəbər verir ki, bu barədə İtaliya klubunun saytı məlumat yayıb. Azad agent statusuna malik 33 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Uruqvay millisinin üzvü 2010-cu ildən Madrid klubunda çıxış edirdi.