"Dinamo"nun hücumçusu 4 həftə yaşıl meydanlardan uzaq qalacaq
Moskva "Dinamo"sunun hücumçusu Mumi Nqamale sentyabr ayının sonlarında klubun sıralarına qayıdacaq.
Sportline.az xəbər verir ki, bu barədə Sport24.ru saytı məlumat yayıb.
Mənbənin sözlərinə görə Nqamale MRT-dən keçib və onun zədəsinin elə də ciddi olmadığı aşkarlanıb.Futbolçu 4 həftə oynamayacaq və sentyabr ayındakı milli fasilədən sonra yenidən məşqlərə başlayacaq.
Xatırladaq ki, kamerunlu futbolçu Premyer Liqanın 5-ci turunda "Krılya Sovetov"a qarşı keçirilən matçda zədələnmişdi.
Beləliklə, 30 yaşlı futbolçu paytaxt klubunun "Kransodar" və "Dinamo" Mahaçkalaya qarşı keçirəcəyi oyunlarda iştirak etməyəcək.