Diniyev paytaxt klubunda
Kərim Diniyev karyerasını “Səbail”də davam etdirəcək.
Sportline.az xəbər verir ki, bunu Qol.az-a paytaxt klubunun baş məşqçisi Samir Əliyev bildirib. Onun sözlərinə görə, artıq Diniyevlə razılıq əldə olunub. 1-2 günə futbolçu ilə rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, K. Diniyev 3 gün öncə Yunis Hüseynovun istəyilə “Kəpəz”dən göndərilib.