Dino Ndlovu Çin klubuna satıldı

“Qarabağ” futbolçusu Dino Ndlovunu Çinin “Xançjou Qrintaun” klubuna satıb.

SportLine.az-ın yenicag.az-a istinadən yaydığı xəbərə görə, Cənubi Afrika Respublika millisinin üzvü asiyalılarla 2 illik sözləşmə imzalayıb. 

Bu səbəbdən futbolçu bu gün “Qarabağ”la birlikdə təlim-məşq toplanışı üçün Antalyaya yollanmayıb. O, CAR-ın paytaxtı Yohannesburqdan Çinə uçacaq. Bu keçidin ağdamlılara 750 min avro qazandırdığı bildirilir. Bu isə 1,5 milyon manat edir.

Qeyd edək ki, Ndlovu “Qarabağ”a 2016-cı ilin yayrında taransfer olunmuşdu. O, “atlılar”ın heyətində meydana çıxdığı 54 oyuna 20 qol vurub, 7 məhsuldar ötürmə ilə yadda qalıb.