Diomande Avropa nəhənglərinin hədəfindədir

"Leipziq"in futbolçusu Yan Diomande Avropa nəhənglərinin transfer radarına düşüb.

Spotline.az xəbər verir ki, "Paris Sen-Jermen" və "Liverpul" 19 yaşlı sol cinah vingerini heyətinə qatmaq niyyətindədir.

Bu haqda "Bild" nəşri məlumat yayıb.

Qeyd edək ki, Y.Diomande cari mövsüm meydana çıxdığı 32 matçda 13 qol, 8 asistlə yadda qalıb.