Diomande dumanlı albiona gəlir
"Liverpul" yayda heyətini gücləndirməyi planlaşdırır.
Sportline.az xəbər verir ki, əsas hədəflərdən biri Yan Diomandedir.
Bu haqda "Football İnsider" nəşri məlumat yayıb.
Qeyd edək ki, Y.Diomande cari mövsüm "Leipziq"in heyətində meydana çıxdığı 36 matçda 13 qol, 10 asistlə yadda qalıb.