Diomande hansı kluba transfer olacaq?
"Leipziq"in futbolçusu Yan Diomande Avropa nəhənglərinin transfer hədəfinə çevrilib.
Sportline.az xəbər verir ki, "Bavariya", "Liverpul" və "Mançester Yunayted" 19 yaşlı sol cinah vingeri üçün hərəkətə keçib.
Bu haqda "Talk Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, Y.Diomande cari mövsüm meydana çıxdığı 24 matçda 9 qol, 6 asistlə yadda qalıb.