Diomande "Liverpul" yolunda

"Leipziq"in futbolçusu Yan Diomande "Liverpul"un maraq dairəsindədir.

Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.

19 yaşlı futbolçu cari mövsüm meydana çıxdığı 26 matçda 10 qol, 7 asistlə yadda qalıb.

Qeyd edək ki, Y.Diomandenin Almaniya klubu ilə sözləşməsi 2030-cu ilin yayına qədərdir.