Diomande "Liverpul"un transfer hədəfindədir
"Liverpul" "Leipziq"in futbolçusu Yan Diomandeni heyətinə qatmaq üçün hərəkətə keçib.
Sportline.az xəbər verir ki, bu haqda "Bild" nəşri məlumat yayıb.
19 yaşlı oyunçunun transfer qiyməti 50 milyon avrodur.
Qeyd edək ki, Y.Diomande cari mövsüm meydana çıxdığı 24 matçda 9 qol, 6 asistlə yadda qalıb.