Doğma komandasını tənqid atəşinə tutdu
“Mançetser Yunayted”in sabiq futbolçusu Qari Nevill komandanın hazırkı vəziyətinin bərbad adlandırıb.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, 48 yaşlı ingiltərəli “Mançester Siti”yə məğlubiyyətin ardınca açıqlamasında “Hazırda “Mançester Yunayted”in yalnız adı qalıb. Bizim vaxtımızda belə abu-hava olsaydı çempion ola bilməzdik. İndiki vəziyyətdə hətta Aleks Ferquson da hansısa nəticəyə imza atmağı bacarmazdı”, - deyib.
Qeyd edək ki, Qari Nevill hazırki klub rəhbərliyinin getməsini və yeni düşüncəyə sahib klub rəhbərlərinin gəlməsini istədiyini də gizlətməyib.