Donnarummanın əvəzinə Bravo
"Milan"ın gənc qapıçısı Canluici Donnarumma yayda komandanı tərk edə bilər. SportLine.az xəbər verir ki, 18 yaşı tamam olacaq qolkiper klubla peşəkar müqavilə bağlamasa, başqa bir kluba havayı keçəcək. Onun xidmətində isə "Yuventus" və "Real" (Madrid) maraqlıdır.
"Rossoneri" isə Donnarumma komandanı tərk edəcəyi təqdirdə Klaudio Bravonu transfer etməyə çalışacaq. "Tuttosport"un verdiyi məlumata görə, "Mançester Siti"də yaxşı günlər keçirməyən 33 yaşlı qapıçının karyerasını İtaliyada davam etdirəcəyi inandırıcı görünür.