Dortmund "Borussiya"sını çalışdırmağa məşhur namizəd

"Çelsi" və "Brayton"un sabiq çalışdırıcısı Qrem Potter Almaniyaya yollana bilər.

Sportline.az xəbər verir ki, təcrübəli mütəxəssis Dortmund "Borussiya"sının baş məşqçi postuna namizəddir.

Bu haqda HITC portalı məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, 49 yaşlı mütəxəssis hələ bu ilin martından klub rəhbərliyinin diqqət mərkəzində olub.

Xatırladaq ki, Potter 2022-ci ilin sentyabrından 2023-cü iin aprelinədək "Çelsi"nin uğurları üçün çalışıb.