"Dortmund"un futbolçusu "Barselona"ya transfer ola bilər
"Borussiya Dortmund"un futbolçusu Yulian Brant yayda klubdan azad agent kimi ayrılacaq.
Sportline.az xəbər verir ki, "Barselona" 29 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.
Bu haqda "Fussball daten" nəşri məlumat yayıb.
Qeyd edək ki, Y.Brant Kataloniya təmsilçisində çıxış etməyə isti yanaşır.