Dünya çempionatı: Azərbaycan taekvondoçusu mübarizəyə başlayır

Azərbaycan taekvondoçusu Taleh Süleymanov bu gün Meksikanın Qvadalaxara şəhərindəki dünya çempionatında mübarizəyə başlayacaq.

Sportline.az xəbər verir ki, 87 kq çəki dərəcəsində çıxış edən idmançı ilk olaraq Serbiyanı təmsil edən Mehdi Khodabakhshi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan yarışda 8 taekvondoçu ilə təmsil olunur.