Dünya çempionatı: Bürünc medallar sahibinə qovuşdu

Qətərdəki klublararası dünya çempionatında 3-cü yer uğrunda oyun keçirilib.

Sportline.az xəbər verir ki, bürünc medallar uğrunda görüşdə Misirin "Əl-Əhli" və Braziliyanın "Palmeyras" komandaları üz-üzə gəliblər.

Matçın əsas vaxtı qolsuz başa çatdığından qalibi müəyyənləşdirmək üçün birbaşa penaltilər seriyasına keçilib. Burada daha dəqiq (3:2) oynayan Afrika təmsilçisi 3-cü yerin sahibi olub.