Dünya çempionatı: ilk gündə Azərbaycanın 5 cüdoçusu mübarizə aparacaq
Bu gün Portuqaliyanın Odivelas şəhərində cüdo üzrə gənclər arasında dünya çempionatına start veriləcək.
Sportline.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 5 üzvü mübarizə aparacaq.
Oğlanlar arasında Nizami İmranov (60 kq) və Aydın Rzayev (66 kq) tatamiyə çıxacaqlar.
Qızlardan isə Könül Əliyeva 48 kq, Aydan Vəliyeva ilə Xədicə Qədəşova isə 52 kq çəki dərəcəsində güclərini sınayacaqlar.