Dünya çempionatı təxirə salındı

Yeniyetmə oğlan və qızlar arasında şahmat üzrə dünya çempionatı koronavirus pandemiyası səbəbindən təxirə salınıb.
 
Sportline.az xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyası (FİDE) belə qərara gəlib.
 
Sentyabrın 7-20-də Rumıniyanın Mamay şəhərində keçirilməli olan yarış, qeyri-müəyyən müddətə təxirə salınıb.
 
Qeyd edək ki, yeniyetmələrin dünya çempionatı 8, 10, 12, 14, 16 və 18 yaşadək şahmatçılar arasında keçirilir.