Seçməmiz Düya çempionatını qələbə ilə bitirdi

Qazaxıstanın paytaxtı Astana şəhərində şahmat üzrə komandalararası Dünya çempionatı yekunlaşıb. SportLine.az xəbər verir ki, növbəti gündə iştirakçı komandalar sonuncu tur çərçivəsində münasibətləri aydınlaşdırıb.

İlk 8 turdan sonra hesabına 1 qələbə yazan seçməmizin bu dəfəki rəqibi Misir şahmatçıları olub. Komandamız son oyununda qalib gəlib.

14 mart 2019
Şahmat, Komandalararası Dünya çempionatı
9-cu tur

Azərbaycan - Misir - 2,5:1,5

Arkadi Naydiç - Bassem Amin - 0,5:0,5
Rauf Məmmədov - Əhməd Ədli - 0,5:0,5
Qədir Hüseynov - Adam Fevzi - 1:0
Eltac Səfərli - Abdulrəhman Heşam - 0,5:0,5

İngiltərə - İsveç - 3,5:0,5
Qazaxıstan - Çin - 1,5:2,5
ABŞ - İran - 3:1
Rusiya - Hindistan - 2,5:1,5

Turnir cədvəli:

1. Rusiya - 16
2. İngiltərə - 13
3. Çin - 12
4. Hindistan - 11
5. ABŞ - 11
6. İran - 8
7. Azərbaycan - 8
8. Qazaxıstan - 4
9. İsveç - 4
10. Misir - 3