Dünya çempionluğuna görə Argentinada istirahət günü elan edilib

Bu gün - dekabrın 20-də Argentinada istirahət günü elan edilib.

Sportline.az xarici mətbuata istinadən xəbər verir ki, yerli hökumət milli Qətərdəki dünya çempionatını qazandığı üçün bu addımı atıb.

Qeyd edək ki, "tanqoçular" DÇ-2022-nin finalında Fransa yığmasını məğlub edib. Argentina seçməsi daha əvvəl 1978 və 1986-cı illərdə titula sahib çıxıb.

Banner