Dünya çempionu həlak oldu

Ukraynanın kikboksinq üzrə dördqat dünya çempionu Vitali Merinov davam edən müharibədə həlak olub.

Sportline.az xəbər verir ki, bu barədə İvano-Frankovsk şəhərinin meri Ruslan Martsinkiv yerli mətbuata açıqlama verib.

O bildirib ki, 33 yaşlı idmançı martın 30-dan 31-nə keçən gecə cəbhədə aldığı güllə yarasından sonra xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Vitali Merinov müharibənin ilk günlərindən döyüş bölgəsinə yollanıb. O, hətta bir dəfə ayağından qəlpə yarası alıb. Sağaldıqdan sonra isə yenidən cəbhəyə qayıdıb.

Merinov universal döyüş növləri üzrə Ukrayna çempionu, həmçinin, boks üzrə idman ustası idi.