Dünya çempionu məşq vaxtı öldü
Dünya Boks Federasiyası versiyası üzrə yarım yüngül çəkidə dünya çempionu, fransalı Anjelik Düşman məşq vaxtı dünyasını dəyişib.
SportLine.az RİA "Novosti"yə istinadən xəbər verir ki, 26 yaşlı idmançı boks klubunda məşq zamanı özünü pis hiss edib.
Xəstəxanaya aparılan boksçunun həyatını xilas etmək mümkün olmayıb.
Anjelik Düşman boks üzrə dünya çempionu titulunu bu ilin mayında qazanıb.