Dünya çempionumuz ilk "üçlük"də

Dünya Taekvondo Federasiyası yeni ilin ilk reytinq cədvəlini açıqlayıb.

Sportline.az xəbər verir ki, Azərbaycan millisinin üzvləri arasında ən yaxşı göstəriciyə Milad Beiqi Hərçəqani (80 kq) malikdir. İkiqat dünya çempionu əvvəlki kimi üçüncü sırada qərarlaşıb.

Rio-2016 Yay Olimpiya Oyunlarının qalibi, dünya və Avropa çempionu Radik İsayev (+87 kq) isə mövqeyini pisləşdirib. İki pillə geriləyən 33 yaşlı idmançı hazırda 15-cidir.

Cavad Ağayev (63 kq) 6-cı, Qaşım Maqomedov (58 kq) 13-cü yerdədir.

Qadınların reytinqində isə ən yaxşı mövqe Fəridə Əzizovadadır (67 kq). 27 yaşlı dünya və Avropa mükafatçısı 22-ci pillədə qərarlaşıb.