Dünya Güləş Birliyi iki ölkəni beynəlxalq yarışlardan kənarlaşdırdı

Dünya Güləş Birliyi Makedoniya və Çernoqoriya üçün sərt cəza tətbiq edib. SportLine.az qurumun saytına istinadən xəbər verir ki, adı çəkilən ölkələrin güləçiləri bundan sonra təşkil olunacaq heç bir beynəlxalq yarışda iştirak edə bilməyəcəklər. 

Qeyd edək ki, Dünya Güləş Birliyi, hələ ki, cəzanın hansı səbəbdən tətbiq edildiyi barədə məlumat vermir.