Dünya reytinqinin yeni lideri açıqlandı

Boksçuların dünya reytinqində dəyişiklik olub.

Sportline.az xəbər verir ki, Tayson Fyuri üzərində qələbə ilə superağır çəkidə mütləq dünya çempionu adını qazanan Aleksandr Usik (22-0) ESPN-in versiyasına görə siyahının zirvəsinə yüksəlib.

Ondan əvvəl 1-ci yerdə ortaağır çəkidə mütləq dünya çempionu Terens Krouford (40-0) qərarlaşmışdı.

Qeyd edək ki, ilk onluqda həmçinin WBA versiyasında yarımağır çəkili dünya çempionu Dimitri Bivol (22-0), ikinci orta çəkidə mütləq dünya çempionu Saul Alvarez (61-2), yüngül çəki dərəcəsində IBF, WBC və WBO versiyaları üzrə çempion Artur Beterbiyev (20-0), yüngül çəki üzrə WBA versiyasının çempionu Cervont Devis (29-0),  WBC versiyasında yüngül çəkili dünya çempionu Şakur Stivenson (21-0), ən yüngül çəki üzrə dünya çempionu Cessi Rodrigez (19-0) və WBO versiyasında yarımorta çəkili dünya çempionu Teofimo Lopez (19-1) yer alıb.