Eddi İsrafilov oynadı, komandası məğlub oldu
İspaniya II Liqasında növbəti oyunlar keçirilib. SportLine.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Eddi İsrafilovun şərəfini qoruduğu "Kordoba" növbəti turda "Osasuna"nı qəbul edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 0:1.
İsrafilov start heyətində meydana çıxıb və 90 dəqiqə mübarizə aparıb.
Qeyd edək ki, "Kordoba" 43 xalla 5-ci pillədə qərarlaşıb.